Nida Xəbər
Braziliyada polislə mafiya arasında qanlı TOQQUŞMA
Braziliyanın Rio-de-Janeyro şəhərində polisin narkotik qruplarına qarşı keçirdiyi reyd nəticəsində azı 18 nəfər həlak olub. Məhəllə sakinləri bildiriblər ki, polis heç kəsə fərq qoymadan atəş açıb.
Publika.az xəbər verir ki, Braziliya polisi, Rionun bəzi yoxsul məhəllələrində 400-dən çox zabit, 4 hərbi vertolyot və zirehli maşınla əməliyyat keçirib.
Komplekso do Alemao məhəlləsində baş verən basqın zamanı biri polis olmaqla azı 18 nəfər həlak olub. Səlahiyyətlilər ölənlərin 16-nın mütəşəkkil cinayətkar qrupun üzvü olduğunu bildirib.
Məhəllələrdə yaşayanlar mətbuata bildiriblər ki, polis heç kəsə fərq qoymadan atəş açıb. Hadisə şahidi bildirib ki, güllələnən insanlara kömək etmək istəyənlər həbs edilib.
Ötən ilin mayında Rio-de-Janeyroda 20-dən çox insanın ölümü ilə nəticələnən polis reydi də insan haqlarının pozulması ilə bağlı ittihamlara səbəb olub. Prezident Jair Bolsonaro əməliyyatların cinayət təşkilatlarını hədəf aldığını söyləyərək polisi müdafiə etmişdi.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

