Nida Xəbər
Şəhid Ayxan Qurbanzadənin xatirəsinə bulaq kompleksi açıldı
İyulun 25-də Lənkəranın Şağlaküçə kəndində Vətən müharibəsi şəhidi Ayxan Qurbanzadənin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin işçiləri, şəhidin ailə üzvləri, qazilər və kənd ictimaiyyəti iştirak edib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edib. Bulağın açılış mərasiminin şəhidimizin doğum gününə təsadüf etdiyini qeyd edən icra başçısı qəhrəman övladlarının yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışıb, şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürünü bildirib.
Taleh Qaraşov şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının hər zaman qayğı və diqqətlə əhatə olunduğunu qeyd edib. İcra başçısı çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirəsinin yad edilməsi istiqamətində də mütəmadi şəkildə işlərin həyata keçirildiyini vurğulayıb.
Şəhidin atası Fariz Qurbanov oğlunun şəhidlik zirvəsinə ucalması ilə bütün Azərbaycan xalqının qəlbində özünə yer etdiyini deyib. Şəhid atası Prezident Ilham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Ayxan Qurbanzadə ölümündən sonra dövlətimizin başçısının müvafiq sərəncamları ilə döyüşlər zamanı göstərdiyi rəşadət və igidliyə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şerlər səsləndirilib və musiqi ifa olunub. Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət ediblər.
(azərtac)
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)



.jpg)















.jpg)
.jpg)





