Nida Xəbər
Kiberdələduzlardan özünüzü qoruyun - Rəsmi XƏBƏRDARLIQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara “SOCAR” və “AzerGold” adından investisiya layihəsinin həyata keçirilməsi barədə mesajlar göndərilir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, onlardan layihədə iştirak etmək üçün ad, soyad, e-poçt, mobil nömrə kimi fərdi məlumatlar istənilir. Nəticədə həmin məlumatları təqdim edən vətəndaş kiberdələduzların qurbanına çevrilir.
Bununla əlaqədar Elektron Təhlükəsizlik Xidməti vətəndaşları maksimum diqqətli olmağa çağırır. Belə ki, hər hansı qurum adından bu kimi investisiya layihələri və ya cəlbedici kampaniyalar barədə məlumat aldıqda, fərdi məlumatlarını təqdim etmədən və qeyd olunan keçidə daxil olmadan öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya rəsmi internet informasiya ehtiyatına daxil olaraq məlumatın düzgünlüyünü yoxlamaq tövsiyə edilir.
Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə “1654” qaynar xətti, yaxud www.cert.az internet informasiya ehtiyatı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

