Nida Xəbər
Kamran Əliyev: "Vətən müharibəsi dövründə jurnalistlərimiz sübut etdilər ki..." - YENİLƏNDİ
Respublikanın Baş prokuroru Kamran Əliyev “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda çıxış edib.
Publika.az xəbər verir ki, baş prokurar çıxışında müasir cəmiyyətlərin inkişafının medianın inkişafı olmadan düşünməyin mümkün olmadığına diqqəti çəkib:
“Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanda media artıq hakimiyyətin dördüncü qoludur. Vətən müharibəsi dövründə bizim jurnalistlərimiz birbaşa ön xətdə fəaliyyət göstərir, bununla da Azərbaycanın haqq işi uğrunda ədalətli mübarizəsini bütün dünyaya çatdırırdılar. Medianın cəmiyyətdə rolu böyükdür. Prezident mediaya xüsusi diqqət göstərir və onun fəaliyyəti ilə gündəlik maraqlanır”, - Kamran Əliyev deyib.
***
Konfransda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, eləcə də nüfuzlu media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilmiş, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.
İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)



















.jpg)

.jpg)