Nida Xəbər
İƏT Ermənistanın təxribatlarını PİSLƏDİ
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 3-də Ermənistanın qanunsuz silahlı qüvvələrinin bir Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən təxribatını pisləyib.
Publika.az-ın xəbərinə görə, İƏT bununla bağlı yaydığı bəyanatda Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da əldə olunmuş razılaşmaya əsasən, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırıb.
Bəyanatda daha əvvəl Pakistanın paytaxtı İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirlərinin 48-ci sessiyasında qəbul edilmiş qərara toxunan bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınma, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanınmağa çağırış edilib.
Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də qanunsuz erməni silahlı birləşmələrinin atəşi nəticəsində bir Azərbaycan əsgərinin şəhid olması barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidəki erməni silahlı bölmələri Laçın rayonu ərazisindəki Azərbaycan mövqelərini intensiv atəşə tutub.
Bəyanatda həmçinin həmin təxribat zamanı şəhid olan Azərbaycan əsgəri Anar Kazımovun ailəsinə və yaxınlarına başsağlığı verilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
