Nida Xəbər
Moskvada Müslüm Maqomayevin xatirəsi yad edildi - FOTO
Rusiyanın paytaxtı Moskvada Leontyevski küçəsində şəhər sakinləri SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə onun xatirəsini yad ediblər.
Publika.az xəbər verir ki, Maqomayevin doğum gününü qeyd etmək üçün onun abidəsi önünə dostları, qohumları, mədəniyyət və incəsənət xadimləri, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndələri, həmçinin çoxsaylı pərəstişkarları toplaşıblar.
Tədbiri giriş sözü ilə açan Rusiya Federasiyasının xalq artisti, Kabardin-Balkarın Mədəniyyət Nazirliyinin keçmiş rəhbəri Zaur Tutov sənətkarla bağlı xatirələrini bölüşüb.
“Müslüm Maqometoviçin nəhəng irsi milyonlarla insanı və yeni nəsilləri də sevindirib, sevindirir və bundan sonra da sevindirəcək”, - o vurğulayıb.
Onun sözlərinə görə, Müslüm Maqomayev öz yaradıcılığı ilə bir çox siyasətçilərdən daha çox iş görüb, çünki o, müxtəlif millətlərdən və dinlərdən olan milyonlarla insanın qəlbini bir araya gətirib.
Anım tədbirində Müslüm Maqomayevin repertuarından olan mahnılar səsləndirilib. (Report)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
