Nida Xəbər
Hərbi İnstitutda Türkiyənin Zəfər Bayramı qeyd olundu - VİDEO
Heydər Əliyev adına Hərbi İnstitutda qardaş Türkiyə Respublikasının 30 avqust - Zəfər Bayramının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra Türkiyənin İstiqlal savaşından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, avqust ayının 30-nun Türkiyədə ən önəmli günlərindən biri olduğundan, ölkələrimizdə davamlı olaraq bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.
Ölkələrimiz arasında münasibətlərin bugünkü dostluq, qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılmasında dövlət başçılarının müstəsna rolunun olduğu xüsusi vurğulanıb.
Sonda vətənpərvərlik mövzusunda mahnılar ifa olunub və şeirlər səsləndirilib.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO










.jpg)


.jpg)






















.jpg)


