Nida Xəbər
Şentop Azərbaycan xalqına başsağlığı verdi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sentyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, telefon danışığı zamanı TBMM sədri sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla maraqlanıb, qardaş ölkənin xalqımıza və dövlətimizə dəstəyini və həmrəyliyini ifadə edib. O, Ermənistanın təxribatları nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı özünün və TBMM üzvlərinin adından Sahibə Qafarovaya və Azərbaycan xalqına başsağlığı verib.
Sahibə Qafarova Ermənistan tərəfindən törədilən təxribatlar haqqında həmkarına ətraflı məlumat verib. Spiker başsağlığına görə Mustafa Şentopa və TBMM üzvlərinə minnətdarlığını bildirib, xalqımızın hər zaman qardaş Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)



















.jpg)

.jpg)