Nida Xəbər
Yaralı mülki şəxs DANIŞDI: “Mərmi 10 metrliyimizə düşdü, 20 qoyunumuz tikə-tikə oldu” - VİDEO
16:10
“Erməninin top mərmisi 19 qoyun bir keçimizi məhv elədi. Dörd mərmi atdılar. Onlardan biri 10 metrliyimizə düşdü. Amma xoşbəxtlikdən partlamadı. Əgər partlasaydı, mən və yoldaşlarım tikə-tikə olardıq”.
Bunu Publika.az-a açıqlamasında Ermənistan ordusunun təxribatı nəticəsində yaralanan Arzuman Orucov deyib.
Arzuman Orucov bildirib ki, hadisə baş verərkən o və daha iki yoldaşı qoyunçuluq təsərrüfatı ilə məşğul imiş:
“Biz Kəlbəcərin Dəmirçidam kəndində yaralandıq. Ermənilər Zod yatağı tərəfdən 122-lik top mərmisi atdılar. Mən ayıq tərpənib yerə uzandım. Yoldaşlarıma da yerə uzanmalarını, mərminin qəlpəsindən və təzyiqindən yayınmasını xahiş etdim. Ayağımdan yaralandım. Digər yoldaşımın budunu mərmi parçaladı. Özümü itirmədim. Yoldaşımın ayağını kəndirlə bağladım. Sonra spirt və yod vurub aidiyyatı qurumlara xəbər verdim. Zod qızıl yatağı ilə bizim aramızda 5 kilometrlik hava məsafəsi var. Yaxınlıqdakı erməni mövqelərini ordumuz şumlamış, yerlə bir etmişdilər. Ona görə də uzaqdan atmağa başladılar. Mən may ayından Kəlbəcərdə heyvandarlıqla məşğulam”.
Tural Turan
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı






.jpg)


.jpg)










.jpg)
















