Nida Xəbər
Rusiyalı oliqarx-milyarder illər sonra etiraf etdi: ““Vaqner”i mən yaratmışam”
Rusiyalı biznesmen, oliqarx, ictimai, hərbi və siyasi xadim, Rusiya Prezidenti Vladimir Putinin rəsmən etibarlı adamı, Rusiya Qəhrəmanı, “DXR Qəhrəmanı”, “LXR Qəhrəmanı” Yevgeni Priqojin 2014-cü ildə sonradan “Vaqner” adlanan qrup yaratdıqlarını etiraf edib.
Publika.az xəbər verir ki, onun şərhi “VKontakte” sosial şəbəkəsində özünə məxsus “Concord” şirkətinin səhifəsində dərc edilib.
“2014-cü ildə Donbasın rus əhalisinə qarşı soyqırımı başlayanda, Rusiya sonuncu parovozuna tullanıb Ukrayna ordusunun Krıma gəlişinin qarşısını ala bildikdə, mən bir çox digər iş adamları kimi hərbi təlimlərin keçirildiyi poliqonlara getdim. O poliqonlara ki, orada “kazaklar” yığışıb rusları qoruyacaq bir dəstə toplamaq üçün pulu sovurmağa çalışırdılar. Ancaq tez başa düşdüm ki, bütün bu “kazaklar” və digər hərbiləşdirilmiş yoldaşlar arasında pulu götürənlərin yarısı dələduzlar, yarısı isə könüllüləri yığıb onları çılpaq və ayaqyalın real ölümə göndərənlərdir”, – deyə biznesmen bildirib.
Onun sözlərinə görə, bu zaman o özü məsələni üzərinə götürüb və kömək edə biləcək mütəxəssislər tapıb.
“O andan etibarən, 1 may 2014-cü il ildən bir qrup vətənpərvər doğuldu, sonradan BTQ (batalyonnaya taktiçeskaya qruppa) “Vaqner” adını aldı. Məhz onların igidliyi və cəsarəti sayəsində Luqansk hava limanının və bir çox başqa ərazilərin azad edilməsi mümkün oldu və LXR və DXR-in taleyi kökündən dəyişdi”, – deyə Priqojin sözlərinə davam edib.
Sahibkar qeyd edib ki, o vaxtdan bəri çoxları “Vaqner”ə qarşı kompromatlar tapmağa çalışıblar, qrup üzvləri isə yalnız bir şeyi biliblər – döyüşməyi, kimsəsizləri müdafiə etməyi, yaxşılığın və ədalətin tərəfində ölümə qədər dayanmağı.
“Mən fəxr edirəm ki, onların öz ölkələrinin maraqlarını qorumaq hüquqlarını müdafiə edə bilmişəm. Çətin və çox çətin anlar var idi, hər bir it tüpürcəklərini onların üzərinə sıçratmağa çalışırdı və bildiyiniz kimi bütün mövcud olmayan günahları və pislikləri mənə aid edirdi”, – Priqojin əlavə edib.
O, “Vaqner” döyüşçülərini Suriya və digər ərəb ölkələrinin xalqlarını, kimsəsiz afrikalıları və latın amerikalıları müdafiə edən, Vətənin sütunlarından birinə çevrilən qəhrəmanlar adlandırıb.
Sonda iş adamı “Vaqner”lə əlaqəsini niyə bu qədər uzun müddət inkar etdiyini izah edib.
“Mən uzun müddət bir əsas məqsədə görə, bir çox rəqibin zərbələrindən qaçdım – Rusiya vətənpərvərliyinin əsasını təşkil edən bu oğlanları hücuma məruz qoymamaq üçün”, – deyə Priqojin bildirib.
Eyni zamanda o vurğulayıb ki, bu məsələ ilə bağlı məhkəmələrdə, o cümlədən xaricdə dəfələrlə qalib gəlib, çünki “matçları rəqib meydanında qazanmaq lazımdır”.
Səxavət Həmid
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)






















.jpg)

.jpg)