Nida Xəbər
Blinken onları ayın sonunadək yenidən görüşməyə çağırdı, lakin... - Ned Prays
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays sentyabrın 20-də Nyu-Yorkda Ararat Mirzoyan, Entoni Blinken və Ceyhun Bayram arasında keçirilən görüşə toxunub.
Publika.az xəbər verir ki, Ned Prays qeyd edib ki, Vaşinqton üçün İrəvanla Bakı arasında dialoqun qurulması vacibdir.
“Biz Ermənistanla Azərbaycan arasında mövcud olan bütün problemlərin sülh danışıqları yolu ilə həlli istiqamətində işləməyə çağırırıq. Bu münaqişənin hərbi həlli yoxdur və ola da bilməz. Biz bunu həm özəl, həm də açıq şəkildə bildirdik.
Biz şadıq ki, ən yüksək səviyyələr də daxil olmaqla davamlı əlaqəmiz hərbi əməliyyatların dayandırılmasına kömək edib. Biz Ermənistan və Azərbaycana dəstəyimizi davam etdirəcəyik", - deyə Ned Prays bildirib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb, lakin dəqiq tarix və yeri tərəflər müəyyənləşdirməlidir.
“Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar təkcə həmin ölkələrin deyil, həm də regionun və bütün dünyanın maraqlarına cavab verir. Biz Ermənistan və Azərbaycan rəsmiləri ilə müntəzəm əlaqə saxlayırıq. Bizim vəzifəmiz tərəfləri birləşdirmək və onlar arasında dialoqu asanlaşdırmaqdır”, - Ned Prays bildirib.
Səxavət
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
