Nida Xəbər
Rusiya XİN: “Bu partlayışlar ABŞ kəşfiyyatının nəzarəti zonasında baş verib”
“Şimal axını”nda boru kəmərinin zədələnməsi ilə nəticələnən insidentlər Amerika kəşfiyyatının nəzarəti zonasında baş verib.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“İndi hadisənin harada baş verdiyinə gəlincə, bu, Danimarka və İsveçin ticarət-iqtisadi zonasıdır... Bunlar Amerika silahları ilə doldurulmuş NATO mərkəzli, Amerika kəşfiyyat xidmətləri tərəfindən tamamilə idarə olunan ölkələrdir. Onlar oradakı vəziyyətə tam nəzarət edən ABŞ kəşfiyyat xidmətlərinin tamamilə və mütləq nəzarəti altındadır”, - Zaxarova "Solovyov Live" proqramının efirində deyib.
İlkin olaraq sentyabrın 26-da “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində təzyiqin düşməsindən sonra üç qaz sızması qeydə alınıb. Sonra dördüncü tapılıb. Sızmalardan ikisi İsveç iqtisadi zonasındadır. Avropa və Rusiya hakimiyyət orqanları bunun təxribat olduğunu düşünür. Qərb ölkələri partlayış versiyasını irəli sürüb.
Səxavət
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)



















.jpg)

.jpg)