Nida Xəbər
Kremldə imzalar atılacaq - Ukrayna regionlarının ilhaqı bu tarixdə rəsmiləşəcək
Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Denis Parfyenov bildirib ki, həmkarları Kremlə dəvət alıblar.
Publika.az xəbər verir ki, bu barədə Denis Parfyenov "Teleqram-kanal"ında yazıb.
Onun sözlərinə görə, sentyabrın 30-da saat 15:00-da orada Prezident Vladimir Putinin iştirakı ilə təntənəli tədbir olacaq.
Deputat məhz hansı tədbirdən söhbət getdiyini açıqlamayıb. “Kommersant” isə yazır ki, Rusiya dövlət başçısının federal parlament üzvləri qarşısında çıxışı sentyabrın 30-na planlaşdırılıb. "Böyük ehtimalla həmin gün referendumların nəticələrinə görə DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olması haqqında sazişlərin təntənəli şəkildə imzalanması baş tutacaq", - deyə nəşr bildirir.
Rusiya qanunvericiliyinə görə, beynəlxalq müqavilələr dörd regionun hər biri ilə imzalanacaq, Rusiya Federasiyasının Prezidenti yeni subyektlərin qəbulu ilə bağlı qanun layihələri ilə birlikdə onu ratifikasiya üçün Federal Məclisə təqdim edəcək.
Səxavət
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)






















.jpg)

.jpg)