Nida Xəbər
“Davam” yeni layihəyə start verdi
“Davam” Gənclər Hərəkatı tərəfindən informasiya müharibəsi ilə bağlı maarifləndirmə, praktiki təlim və kampaniyalardan ibarət fəaliyyət gündəliyi olan “İnfomüharibə ayı”na start verilib.
Publika.az xəbər verir ki, sentyabr-oktyabr aylarını əhatə edəcək silsilə tədbirlər çərçivəsində "İnformasiya Müharibəsi - Rəqəmsal Dünyanın Reallığı" adlı layihənin icrasına başlanılıb.
Layihənin keçirilməsində məqsəd Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, sosial mediada Azərbaycanın maraqlarının təmin edilməsi, gənclərin informasiya müharibəsində düzgün istiqamətləndirilməsi, virtual məkanda Azərbaycan əleyhinə həyata keçirilən “qara piar” kampaniyalarına qarşı mübarizə aparılmasıdır.
Layihə çərçivəsində 30 nəfərlik iştirakçı qrupları ilə artıq 5 təlim baş tutub. Bu təlimlərdə ekspert qismində iştirak edən siyasi analitik Əli Hacızadə tərəfindən "Hibrid və informasiya müharibələri", "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tərəfindən "Rəqəmsal savadlılıq və informasiya təhlükəsizliyi", “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı tərəfindən "İnformasiya müharibəsində beynəlxalq medianın rolu", Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov tərəfindən “Qlobal təhlükələr fonunda informasiya müharibəsi”, jurnalist Azər Niftiyev tərəfindən "İnformasiya müharibəsinin xüsusiyyətləri" mövzusunda interaktiv təlimlər keçirilib. Təlimlər zamanı mövzu ilə bağlı gənclərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icra edilir.
Səxavət
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”








.jpg)

.jpg)






















