Nida Xəbər
Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edildi
Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin 377 №-li Qərarına dair izaha əsasən, 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanunla “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa “Şuşa şəhərinin adından istifadə edilməsi” adlı 3-1-ci maddə əlavə edilmişdir.
Həmin dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və ölkə Prezidenti tərəfindən müəyyən edilən hallar istisna olmaqla:
- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında,
- mükafatların və təltiflərin adlarında,
- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında,
- kommersiya və reklam məqsədilə,
- əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə yol verilir.
Qeyd edilən dəyişikliyi nəzərə alaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırma zərurəti yaranmışdır.
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu








.jpg)

.jpg)
























