Nida Xəbər
İrəvan Praqa görüşü ərəfəsində başqa xülyada idi, istəyirdi ki... – Şərh
Praqa görüşü Brüssel formatında keçirilən görüş olmaqla yanaşı, həm də milli maraqlarımızın hüquqi zəmində təsbit olunduğunu da nümayiş etdirdi. Yekunda qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar və bu xüsusda BMT nizamnaməsi əsas sənəd kimi götürüldü.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O qeyd edib ki, bu, Azərbaycanın uzun müddətdir diqtə etdiyi əsas şərtlər sırasında idi. Digər tərəfdən Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyası təşkil olunacaq: “Bu, ümumiyyətlə tərəflər arasında danışıqlarda yenilikdir. Çünki Ermənistan tamamilə başqa xülyada idi. Ermənistan istəyirdi ki, bura ATƏT-in, BMT-nin, Fransa və ABŞ-ın silahlı qüvvələri cəlb olunsun və Azərbaycanla sərhəddə baş verən prosesləri fiksə etsinlər, onalrın monitorinqi həyata keçirilsin. Azərbaycanı beynəlxalq səviyyədə qınamaq, onu “işğalçı” dövlət adlandırmaq üçün böyük resurslar səfərbər olunmuşdu. Lakin onların heç bir nəticəsi olmadı, çünki sərhədlər delimitasiya olunmayıb, Ermənistanın bugünkü fəaliyyəti yalnız şər-böhtan kampaniyasından o tərəfə keçmədi. Digər tərəfdən Ermənistan bununla nümayiş etdirdi ki, həm Rusiyaya qarşı demarş siyasəti geniş miqyas alır. Çünki Ermənistanın İranla və Türkiyə ilə olan sərhədlərini Rusiya sərhədçiləri qoruyur və bu Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir. Azərbaycanla sərhədə isə rusiyalı hərbçilərin cəlb olunması ilə bağlı müxtəlif fikirlər səslənsə də Ermənistan Avropa İttifaqı mülki missiyasını üstün hesab etdi. Bu missiyanın fəaliyyəti yalnız iki ayla məhdudlaşdırılacaq. İki aydan sonra bu missiya işini bitmiş hesab edəcək. Onların fəaliyyəti, missiyanın müşahidələri, hesabatları, reqlamenti delimitasiya komissiyasının işinə töhfə verməkdən ibarətdir. Bu həm də delimitasiya ilə bağlı proseslərin intensivləşməsinə gətirib çıxara bilər. Bu, həm də Azərbaycanın maraqlarına uyğundur”.
İlyas Hüseynov qeyd edib ki, Cenevrədə xarici işlər nazirlərinin toplantısında azərbaycanlı nazir Ceyhun Bayramov delimitasiya komissiyasının işinin noyabr ayından oktyabr ayına keçirilməsini istəmişdi: “Biz görürük ki, Yelisey sarayının yaydığı bəyanatda artıq oktyabr ayında delimitasiya komissiyasının işinin keçirilməsi qeyd olunur. Düşünürəm ki, Ermənistan növbəti dəfə öz geosiyasi subyekt olmadığını nümayiş etidirdi. Bu gün Ermənistan dövləti və onun baş naziri, diplomatik fəaliyyətlə məşğul olan bütün komanda danışıqlar masasının arxasında deyil, danışıqlar masasının üzərindədir və Ermənistan üzərindən geosiyasi proseslər həyata keçirilir. Ermənistanın müstəqil olmadığı, bütün daxili vəziyyətinin inhisar altında olduğu, siyasi-iqtisadi resurslarının məhdudluğu özünü növbəti dəfə nümayiş etdirdi”.
Politoloq qeyd edib ki, bu gün Ermənistanın istəyi əsasında hər hansı məsələlər gündəlikdə deyil. Şarl Mişelin moderatorluğu ilə keçirilən növbəti dördtərəfli görüşdə biz “status”, “ATƏT-in Minsk qrupu”, “Qarabağ və Dağlıq Qarabağ” ifadələrinə rast gəlmədik. Azərbaycan irəliyə baxır, Azərbaycanın müəyyənləşdirilmiş siyasi gündəliyi var və o gündəlikdən kənara hər hansı sapmalar mümkün deyil. Cənab prezident həm də Brüsseldə keçirilən görüşün davamı kimi Praqada növbəti dəfə diplomatik zəfər qazandı”.
Səxavət Həmid
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO