Nida Xəbər
Barak Obama: “Kiyevə dürüst şəkildə deməliyik ki...”
ABŞ Rusiya ilə açıq qarşıdurmadan qaçmaq üçün Ukraynadakı münaqişənin maliyyələşdirilməsinin sərhədlərini müəyyən etməlidir.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama “Pod Save America” nəşrinə müsahibəsində bildirib.
"Biz mütləq Ukraynaya nəyi edə biləcəyimizi və nəyi edə bilməyəcəyimizi dürüst şəkildə deməliyik. ABŞ, NATO və digərləri Rusiya və Ukrayna arasında münaqişənin Rusiya, ABŞ və NATO arasında eskalasiyaya çevrilə biləcəyi gözləntilərinə əsaslanaraq, xətləri özləri üçün sərbəst müəyyən etməlidirlər", - deyə Barak Obama qeyd edib.
Obamanın sözlərinə görə, Vaşinqton və onun müttəfiqləri Ukraynaya hansı silahların göndərildiyini və dəstəyin necə verildiyini düşünməlidirlər. Eyni zamanda, eks-prezidentin özü də bu xəttin haradan keçməli olduğuna dair qərar verməkdən imtina edib.
Rusiyanın fevralın 24-dən başlayan Donbasdakı xüsusi əməliyyatı fonunda Vaşinqton və onun NATO üzrə müttəfiqləri Ukraynaya silah göndərməyə davam edirlər. Moskva dəfələrlə bəyan edib ki, Qərb silahlarının tədarükü yalnız münaqişəni uzadır, onların daşıyan nəqliyyat vasitələri isə Rusiya Hərbi Kosmik Qüvvələri üçün qanuni hədəfə çevrilir.
Səxavət
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)



















.jpg)

.jpg)