Nida Xəbər
Ərdoğan: "ABŞ və Rusiya nüvə silahı ilə bağlı razılığa gəlib"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ-ın nüvə silahından istifadə etməmək barədə razılığa gəldiyini bildirib.
Publika.az xəbər verir ki, prezident bu məlumatı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns arasında noyabrın 14-də Ankarada baş tutan görüşdən sonra Milli İstihbarat Təşkilatının rəhbərindən aldığını bildirib.
“Hazırda hər iki tərəf nüvə silahından istifadə etmək üçün heç bir cəhd etməyəcək. Biz onların tez-tez görüşməsini istəyirik və buna öz töhfəmizi verməyə hazırıq. Bu (nüvə silahından istifadə), Allah eləməsin, yeni dünya müharibəsinin başlanmasına səbəb ola bilər”, - deyə Rəcəb Tayyib Ərdoğan TRT kanalının efirində deyib.
Noyabrın 14-də keçirilən görüşdə Börns Narışkini nüvə silahından istifadə etməyin Rusiya üçün yaradacağı problemlər barədə məlumatlandırıb. Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patelin sözlərinə görə, Börns, Narışkinlə Rusiya hakimiyyət orqanlarının həbsdə olan Amerika vətəndaşlarından ədalətsiz istifadə etməsi barədə də danışıb.
Səxavət
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
