Nida Xəbər
Putinin Xruşşovla müqayisə edilməsinə REAKSİYA
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putini Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovla müqayisə etməməyə çağırıb.
Publika.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
Peskov jurnalistlərlə söhbətində Karib böhranının və mövcud vəziyyətin müxtəlif nüanslarına diqqət çəkib. “Müqayisələr çətin ki, yerində olsun. Putin Putindir, Xruşşov isə Xruşşov olub, Allah ona rəhmət eləsin. Ona görə də, mən düşünmürəm ki, Putini kiminləsə müqayisə etmək olar”, – o vurğulayıb.
Bununla belə Rusiya dövlət başçısının mətbuat katibi qeyd edib ki, hər iki halda söhbət Rusiya ilə Vaşinqtonun rəhbərlik etdiyi kollektiv Qərb arasında toqquşmadan gedir . "Bu predmetlər oxşardır, lakin digər tərəfdən, nüanslar, əlbəttə ki, fərqlidir", - deyə Peskov fikirlərini yekunlaşdırıb.
Bundan əvvəl israilli politoloq Yakov Kedmi Rusiya rəhbərliyinə Ukraynadakı münaqişə fonunda Karib böhranı təcrübəsindən istifadə etməyi tövsiyə edib. Ekspertin fikrincə, o zaman Moskva Vaşinqtonu “mühasirəyə almağı” bacarmışdı və bu təcrübə təkrarlana bilər.
Səxavət
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

















.jpg)







.jpg)


