Nida Xəbər
SEPAH-ın komandanı etiraf etdi: Son iğtişaşlarda ən azı 300 nəfəri öldürmüşük
İranda son iğtişaşlar nəticəsində ən azı 300 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bunu çərşənbə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.
“Son iğtişaşlarda 300-dən çox insan, düşmənin, yoxsa bizim tərəfimizdə dayandıqlarını ayırd edə bilmədiyimiz üçün həlak olub", - deyə "Mehr" agentliyi Hacızadənin sözlərindən sitat gətirir.
Qeyd edək ki, gənc iranlı qadın Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ilə bağlı sentyabrın ortalarından bəri İranda kütləvi iğtişaşlar və etirazlar davam edir. Küçə iğtişaşları əsasən Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran və Kürdüstan əyalətlərində baş verir. İran hakimiyyəti Qərb ölkələrini öz KİV-lərində təxribatçı, anti-İran xarakterli mesajlar yaymaqla yanaşı, İranda hakimiyyəti devirməyə çağıran etirazçıları dəstəkləməkdə ittiham edir.
Məhsa Əmini sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanılaraq polis idarəsinə və hərbi kəşfiyyata məxsus "Fərəc" mərkəzlərindən birinə gətirilib. Bu mərkəzdə qıza işgəncə verilib, bundan sonra dərhal xəstəxanaya aparılıb. Lakin üç gün sonra ölüb. İnsanlar Məhsanın ölümündə əxlaq polislərini günahlandırıblar. Ölkənin müxtəlif şəhərlərində insanlar etiraz etmək üçün küçələrə toplaşmağa başlayıblar. Sosial şəbəkələrdə qızların saçlarını kəsdirərək, hicab və ya “Rusari” adlanan baş örtüyünü yandırdığını əks etdirən videolar yayılıb.
Səxavət
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
