Nida Xəbər
MKİ direktorundan KRİTİK AÇIQLAMA: "Putinin çoxlu problemləri var, amma..."
"Ukraynaya qarşı müharibə Rusiya Federasiyası üçün strateji uğursuzluq olub və buna baxmayaraq, Vladimir Putin rejimi hazırda heç bir təhlükə altında deyil".
Publika.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns deyib.
"Rusiya ordusu zəif çıxış etdi və böyük itkilər verdi. Rusiya iqtisadiyyatı uzunmüddətli zərər gördü. Rusiya orta sinfinin son 30 ildə əldə etdiyi irəliləyişlərin çoxu məhv edilir", - Berns PBS telekanalına müsahibəsində vəziyyəti təhlil edib.
"Düşünürəm ki, Rusiyanın reputasiyası çox aşağı düşüb və zəif tərəfləri üzə çıxıb. Rusiya əhalisi də müharibənin nəticəsinə görə getdikcə daha çox narahat olur", - o əlavə edib.
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Rusiya Federasiyasının səfərbərliyini də xatırladıb. O deyib ki, hərbi xidmətə çağırış yaşında olan vətəndaşlar səfərbər oluna bildiklərindən daha çox ölkəni tərk edib.
Onun fikrincə, bütün bunlar onu göstərir ki, Putinin çoxlu problemləri var:
"Lakin hazırda onun hakimiyyəti üçün heç bir təhlükə törətmirlər. O, çox təhlükəsiz və repressiv avtoritar rejim yaradıb".
Hüseyn İbadlı
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi









.jpg)

.jpg)
























.jpg)


