Nida Xəbər
İran Ermənistanla niyə "qardaş" olub? - Gürcüstan variantı daha zəif oldu deyə... - VİDEO
10:15
“İran Cənubi Qafqazda özünə yer etmək və möhhəmlənmək istəyir. Bunun da əsasında Azərbaycana təzyiq göstərmək məsələsi dayanır. Faktiki olaraq Azərbaycan İran hakimiyyəti üçün özünə düşmən bildiyi ABŞ-dan, İsraildən və Səudiyyə Ərəbistandan daha təhlükəlidir. Çünki Azərbaycan Respublikasının varlığı cənubi azərbaycanlılarının öz haqqının təmin olunması haqqında mübarizə aparan və bunu istəyən insanlar üçün bir impuls və örnəkdir”.
Bu sözləri Publika.az-a açıqlaması zamanı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

S.Soltan bildirib ki, Azərbaycanı İran üçün təhlükəli düşmən edən bir sıra amillər var.
“Azərbaycan İranın özünə düşmən bildiyi ölkə və birləşmələrlə yüksək səviyyədə əməkdaşlıq və əlaqələr qurur. Dünyada ikinci bir dövlət yoxdur ki, həm İranda soydaşları olsun, həm də sadalanan ölkələrlə yüksək münasibətləri davam etdirsin. Sözügedən bu iki amil Azərbaycanı İran üçün təhlükəli dövlət edir. Və onun regionda daima pozuculuq, dağıdıcılıq fəaliyyəti ilə məşğul olmasına səbəb olur”, - o deyib.
Siyasi şərhçinin sözlərinə görə, İran Ermənistan-Azərbaycan arasında normallaşma prossesinə müxtəlif formada qıcıqlandırıcı açıqlamalar verməklə problemlər yaradır: “Azərbaycan və Ermənistan arasında sərhəd məsələsi hələ həllini tapmadan Qafanda konsulluq açır, eyni zamanda Azərbaycan ərazisində olan avtomobil yolundan icazəsiz şəkildə istifadə edir. Qarabağ iqtisadi rayonunda qanunsuz olaraq fəaliyyət göstərməyə cəhd edir, terrorçu dəstələri göndərir və s.”,- deyə diqqətə çatdıran S.Soltan hesab edir ki, bütün bunlar İranın Cənubi Qafqazda möhkəmlənmək və mövqe tutması istəyindən doğur. O, Ermənistanı dəstəkləyərək İrəvan vasitəsilə Azərbaycana qarşı təzyiq göstərmək və yaxud müxtəlif dağıdıcı fəaliyyət göstərməklə məşğuldur.
“İran daha öncə bunları Gürcüstanda etmək istədi. Gürcüstandakı azərbaycanlı müsəlmanlar vasitəsilə Azərbaycana qarşı müxtəlif pozuculuq siyasəti sərgiləmək istəsə də, Gürcüstan hakimiyyəti bunun qarşısını almağa müəyyən mənada nail oldu. Gürcüstan variantı Ermənistan variantından daha zəifdir”.
S.Soltan qeyd edib ki, bu məqamda güclü və aktiv seçim yalnız Ermənistandır.
“Bu da özlüyündə bir sıra səbəbləri ehtiva edir. Ən başlıcası budur ki, Azərbaycan və Ermənistan arasında normallaşma prossesi olmasın, diplomatik əlaqələr yaranmasın. Lakin Gürcüstanla belə bir sıxıntımız yoxdur. Təbii ki, bu kifayət edir ki, İran Ermənistandan davamlı şəkildə dağıdıcılıq fəaliyyəti göstərmək üçün istifadə etsin. Hər ikisinin də, ortaq düşməni var: Azərbaycan və Türkiyə. Bu səbəbdən də, onları birləşdirən bu amillər regionda öz mənfi təsirini buraxır”.
Ayşən Rəhim
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































