Nida Xəbər
Özbəkistan Prezidenti Azərbaycana gəlir
Prezident İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev sabah Azərbaycana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Özbəkistan prezidentinin Bakıya səfəri çərçivəsində Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı gözlənilir.
“Azərbaycanın sədrliyi ilə keçirilən tədbirin gündəliyinə pandemiyanın təsirlərinin qaldığı, beynəlxalq təhlükəsizlik və sabitliyə təhdidlərin artdığı bir şəraitdə çoxtərəfli dialoqun inkişafı və praktiki əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm məsələlər daxildir”, - rəsmi məlumatda deyilir.
Bundan əlavə, Mirziyoyevin Əliyevlə görüşəcəyi və əvvəllər əldə edilmiş razılaşmaların icrasını müzakirə edəcəyi planlaşdırılır.
Xatırladırıq ki, 21-22 iyun 2022-ci il tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib. Sonra o, 15-16 sentyabr tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində fəxri qonaq qismində iştirak etmək üçün Səmərqəndə yola düşüb.
İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün sonuncu dəfə 2022-ci il noyabrın 10-11-də Özbəkistana səfər edib.
Məlumat üçün bildirək ki, Qoşulmama Hərəkatı hərbi-siyasi blok və təşkilatlarda iştirak etmədiyini bəyan edən və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsip və məqsədləri əsasında əməkdaşlığı inkişaf etdirən 120 üzv dövləti birləşdirən ən böyük beynəlxalq təşkilatlardan biridir.
Hüseyn İbadlı
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


