Nida Xəbər
Bayramov Putinin xüsusi nümayəndəsi ilə erməni təxribatlarından danışdı - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib, nazir rusiyalı rəsmini Ermənistanın artan təxribatları barədə məlumatlandırıb.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, regional humanitar layihələr müzakirə olunub.
Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın sülh quruculuğu sahəsində səyləri, bölgədə yenidənqurma işlər barədə ətraflı məlumat verib. Ermənistan tərəfinin artan təxribatlarının, sülh sazişi üzrə danışıqlarda yaratdığı çətinliklərin, bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımların sülhə maneçilik törətdiyi vurğulanıb.
Xüsusi nümayəndə Mixayıl Şvıdkoy Azərbaycanın multikulturalizm məkanı olduğunu, Azərbaycanda keçirilən beynəlxalq forumların əhəmiyyətini xüsusi qeyd edərək, mədəniyyət və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsinə hazır olduqlarını bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu








.jpg)

.jpg)
























