Nida Xəbər
Azərbaycanda tanınmış politoloq məhkəməyə verildi - FOTO
Vaxtilə bir sıra yüksək vəzifələrdə çalışmış Cümşüd Nuriyev məhkəməyə verilib.
Publika.az xəbər verir ki, bunu açıqlamasında vəkil Elvin Əliyev deyib.
Onun sözlərinə görə, politoloq Cümşüd Nuriyev son günlər bəzi onlayn media səhifələrində əhalidə çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə qərəzli, təxribat xarakterli çıxışlar edir:
“Bütövlükdə bir bölgənin icra hakimiyyəti başçılarını və məmurlarını, o cümlədən Şamaxı rayon icra hakimiyyətinin rəhbər vəzifəli şəxslərini digər ölkələrə xidmət etməkdə və bir sıra ağır cinayətlərdə ittiham edir.
Cümşüd Nuriyevin və bəzi internet səhifələrinin yaydığı əsassız, heç bir fakta söykənməyən və böhtan xarakterli dezinformasiyalar cəmiyyətin hakimiyyət nümayəndələrinə qarşı olan inamını azaltmağa bir cəhddir.
Bütün bunlar nəzərə alınaraq Nuriyev Cümşüd Qurban oğlunun bu əməlləri ilə bağlı Şamaxı rayon icra hakimiyyətinin şöbə müdiri Mərdan Nəhmətov tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət olunub”.
Qeyd edək ki, Cümşüd Nuriyev bir neçə gün əvvəl mətbuata açıqlamasında Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədovu və şöbə müdiri Mərdan Nəhmətovu yeyintidə, rüşvətlə vəzifəyə təyin etməkdə ittiham etmişdi.
Xatırladaq edək ki, C.Nuriyev 1990-cı illərin əvvəllərində Gömrük Komitəsi sədrinin birinci müavini, Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri, eləcə də Kənd təsərrüfatı və ərzaq nazirinin müavini vəzifələrində çalışıb.
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış









.jpg)






.jpg)

.jpg)
















