Nida Xəbər
Türkiyə şirkəti bu müasir terminalları Müdafiə Nazirliyinə TƏHVİL VERDİ
ASELSAN 10 ədəd PUP portativ peyk terminalını Azərbaycan Müdafiə Nazirliyinə təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə ASELSAN-ın 2022-ci il hesabatında bildirilib.
Qeyd olunur ki, təqdim olunan bu sistemlər ASELSAN tərəfindən Azərbaycanda yaradılmış və hazırda istifadə olunan yürüstü peyk stansiyası vasitəsilə istifadəçinin tələb etdiyi səs və IP məlumat rabitəsini təmin edəcək.
Bildirilir ki, bundan əlavə, Azərbaycan Müdafiə Nazirliyinin təcili ehtiyac duyduğu təhlükəsiz və müasir rabitə infrastrukturunun təmin edilməsi məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında olan bütün növ stasionar və fırlanan qanadlı hava platformaları ilə sabit və mobil qüllələrə V/UHF və HF diapazonlarında işləyən proqram əsaslı radiostansiyalar və domofon sistemləri müxtəlif ASELSAN rabitə məhsulları ilə birlikdə çatdırılıb, inteqrasiya edilib.
Hesabatda həmçinin vurğulanır ki, ASELSAN-ın həyata keçirəcəyi daha bir layihə olan HÂKİM Hava Komandanlıq İdarəetmə Sistemi ilə birlikdə Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycandakı bütün radar, təyyarə və hava hücumundan müdafiə silah sistemləri ilə inteqrasiya olunmuş şəkildə Azərbaycan hava məkanının real vaxt rejimində idarəsini və yönləndirməsini təmin edəcək. 2022-ci ilin dekabr ayında layihənin ilk məhsulunun təhvil verilməsi çərçivəsində 3005 m2 qapalı sahəsi olan ilk mərkəzin inşası və bütün quraşdırma işlərinin tamamlanaraq bu mərkəzə təhvil verilməsi həyata keçirilib. (Ordu.az)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
