Nida Xəbər
Kılıçdaroğlu Azərbaycanla bağlı yaydığı rüsvayçı xəritədən danışdı - İLK DƏFƏ / VİDEO
“Prezident seçildiyim təqdirdə ilk rəsmi səfərim Şimali Kipr Türk Respublikasına, ikinci səfərim isə Azərbaycana olacaq”.
Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri, “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu YouTube kanalı “BaBala TV”də yayımlanan “Mövzular: Açıq Mikrofon” verilişində deyib.
K.Kılıçdaroğlu özünün müəllifi olduğu “Yeni İpək Yolu” layihəsində Azərbaycanın niyə yer almaması ilə bağlı tənqidlərə cavab verib:
“Azərbaycanın Bakısı ilə bizim İstanbulumuz arasında heç bir fərq yoxdur. Azərbaycanla olan dostluğumuz, bərabərliyimiz mən də daxil heç bir partiya üçün fərqli dəyərləndirilə bilməz. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm. Əminəm ki, digər siyasi partiyaların rəhbərləri də bu mövzuda mənim kimi düşünür, iki ölkə arasındakı münasibətlərə eyni paralellikdən baxırlar. Bu paralelliyi formalaşdıran qurumun adı da Xarici İşlər Nazirliyidir, onlar bu mövzuya həssaslıqla yanaşırlar.

Bizim əsas hədəfimiz Orta Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, “Mərkəz Türkiyə” layihəsini böyütmək, Türkiyənin digər türk respublikaları ilə daha da yaxınlaşdıran iqtisadi təməl formalaşdırmaqdır. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Amma bu dəhlizin açılması tərəflərin razılaşması və Türkiyənin Azərbaycana davamlı dəstək göstərməsinə bağlıdır. İranla Ermanistan arasındakı əməkdaşlıq bu dəhlizin açılmasına maneə yaradır. Əgər Türkiyə öz gücündən istifadə edərsə, dəhlizin fəaliyyətinin həm biz, həm də İran, Ermənistan, digər Türk dövlətləri üçün böyük faydası olacağını və yaranacaq iqtisadi üstünlükdən bütün ölkələrin yararlana biləcəyinə regionu inandıra bilərsə, bölgədə daha güclü olacağıq. Biz o dəhlizi genişləndirməyə və böyütməyə məcburuq”.
“Əslində fikrim budur. Azərbaycana səfər etmiş, onlarla yaxın ünsiyyətdə olmuş biriyəm. Heç kim narahat olmasın. Sadəcə mən deyil, bütün siyasi partiyalar Azərbaycanla bağlı eyni fikirdədir. Türkiyə ilə digər Türk respublikaları arasında iqtisadi əlaqələr inkişaf etməlidir” – deyə, K.Kılıçdaroğlu bildirib.
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
-
Magazin209:42Baş məşqçinin həyat yoldaşının bu hərəkəti sosial şəbəkələri qarışdırdı - VİDEO
-
Dünya08:36Məşhur aktyor maşını ilə 20 yaşlı qızı vurub qaçdı - 10 ilədək həbs gözləyir











.jpg)


























