Nida Xəbər
Ərdoğan Putinə zəng etdi - Nələr müzakirə olundu?

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, Rəyasət Heyətinin Rabitə Müdirliyindən bildirilib ki, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə mövzusu olub.
Prezident Ərdoğan görüş zamanı Kaxovka su elektrik stansiyasının (SES) bəndində baş verən partlayışla bağlı hərtərəfli araşdırmanın şübhəyə yer qoymayacaq şəkildə aparılmasının vacib olduğunu bildirib.
Rusiya və Ukrayna ekspertlərinin, Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin də daxil olduğu beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla biləcəyini ifadə edən prezident Ərdoğan Türkiyənin bu kontekstdə üzərinə düşəni etməyə hazır olduğunu bildirib.
Türkiyə prezidenti bütün dünyanın Taxıl Sazişinin davam etdirilməsinə verdiyi önəmi vurğulayaraq, birgə səylərlə qurduqları razılaşmanın qlobal ərzaq böhranının həllində mühüm rol oynadığını dilə gətirib.
Ərdoğan eyni zamanda bildirib ki, Rusiya taxıl və gübrə ixracına maneələrin aradan qaldırılması üçün BMT ilə məsləhətləşmələrin davam etdirilməsindən faydalanacaq.
Türkiyənin ədalətli sülhün bərqərar olması üçün lazımi səyləri göstərməyə davam etməkdə qərarlı olduğunu vurğulayan Ərdoğan, qarşıdurmaların sona çatması üçün bütün lazımi dəstəyi səmimiyyətlə verməyə hazır olduqlarını bildirib.

-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO
-
Qarabağ 15:18
Ermənilər Ağdamda silah-sursatı ataraq qaçdılar - MN
-
Dünya14:41
Köçəryanın beyni silkələndi - VİDEO