Nida Xəbər
“Qarabağdakı ermənilər Azərbaycan hakimiyyətindən dəstək alacaq”

“Azərbaycan Qarabağ bölgəsinin erməni əhalisinə dəstək verəcək”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "Al-Jazeera" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin sistematik atəşə tutulmasının artması, ərazilərimizin minalanmasının davam etdirilməsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yaradılmış separatçı və marionet rejimin nümayəndələrinə qarşı lokal antiterror tədbirlərinə səbəb olub.
A.Hacızadənin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan özü bəyan edib ki, bu antiterror tədbirləri zamanı Azərbaycan Qarabağdakı erməni sakinlərə zərər verməyib: "Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. Azərbaycanın bütün etnik azlıqları ölkəmizdə həmişə mehriban şəraitdə yaşayıblar. Azərbaycan çoxmillətli ölkədir, tarix boyu ermənilərlə azərbaycanlılar həmişə birgə yaşayıblar. Ölkəmiz Qarabağ ermənilərinin reinteqrasiyasının həyata keçirilməsini təmin edəcək”.

-
Magazin102:12
Hüseyn trenddəki müğənnilərə söz atdı - VİDEO
-
Gözəllik00:45
Şabalıdı manikür trend oldu - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nəticə sizi sevindirəcək
-
Region28 Noyabr 23:24
Yüksəkvəzifəli azərbaycanlı məmurların 350 min dolları OĞURLANDI
-
Magazin228 Noyabr 22:24
"Camdakı Kız"ın Takosu görün kimlə görüntüləndi - FOTO
-
ABŞ28 Noyabr 22:12
ABŞ-ın UNO PLANI: "Xüsusi hərbi hissələr göndəriləcək"
-
Sosial28 Noyabr 20:50
Arvadından bir ay sonra da özü öldü
-
Magazin128 Noyabr 20:30
Pasterdən şok addım: "Görməmisən dəli" - FOTO