Nida Xəbər
Vasif Talıbov vəzifəsinə qayıdır? - ŞOK İDDİA
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yenidən ajiotaj yaranıb. Muxtar respublikanın sabiq rəhbərinin Novruz bayramını ailə üzvləri ilə birlikdə İstanbulda keçirməsindən sonra onun personasına maraq bir qədər artıb.
Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, 2022-ci ilin dekabrından sonra ilk dəfə Naxçıvanı tərk etməyə müvəffəq olan keçmiş “xan” bunu yaxın ətrafına qələbə kimi sırımağa çalışır. Qohumlarının və sayı günbəgün azalan tərəfdarlarının Talıbovun bu “qələbəsindən” ruhlandığı, hətta ağlasığmaz iddialarla çıxış etməyə başladıqları bildirilir.
Muxtar respublikadakı mənbələrdən aldığımız məlumata görə, son günlər Vasif Talıbovun adı naxçıvanlıların dilindən düşmür. Talıbovun və yaxın çevrəsinin təbliğatına inanan xeyli adam onun mərkəzi hakimiyyətlə münasibətləri düzəltdiyini düşünür. Bu müzakirələr fonunda ortaya ağlasığmaz iddialar çıxıb.
Məlumatlara görə, hazırda talıbovçular Naxçıvan əhalisini ciddi-cəhdlə sabiq rəhbərin yenidən öz vəzifəsinin başına dönəcəyinə inandırmağa çalışırlar. Onlar bu günə kimi Naxçıvan Ali Məclisinə yeni sədrin seçilməməsini də bu amillə əlaqələndirirlər.
Vasif Talıbovun yenidən vəzifəyə təyin olunacağını düşünən bu adamlar ağılasığmaz iddia ilə çıxış edirlər. Onların “xan”ın uzaq deyil, yaxın gələcəkdə Naxçıvana rəhbərlik edəcəyini bildirirlər.
Talıbovçular konkret tarix göstərməkdən çəkinmirlər. İddia edirlər ki, aprelin 15-də, Ramazan tətili başa çatandan sonra Naxçıvanın idarəetməsi yenidən Vasif Talıbova həvalə olunacaq.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































