Nida Xəbər
Özü üçün saxta medal düzəldib hərbi formada gəzən “qazi” saxlanıldı - VİDEO
Polis Sumqayıtda özünü qazi kimi təqdim edən şəxsi saxlayıb.
Publika.az xəbər verir ki, Sumqayıtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə obyektlərə və restoranlara daxil olub ona maddi köməklik edilməsini tələb edən Şirvan sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb.
Həmin şəxsin 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, heç bir hərbi əməliyyatlarda, o cümlədən də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi müəyən edilib.
Bildirilib ki, N.Məmmədov tanışı olan bir nəfərdən hərbi forma əldə edərək guya torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edən zaman bir gözünü itirdiyi görüntüsü yaradaraq qeyd edilən əməlləri törədib. Saxlanılan şəxs həmçinin tanışlarından birindən əldə etdiyi “Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib. N.Məmmədov qeyd edilən yolla asan və daha çox “qazanc” əldə etmək niyyətində olub.
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan N.Məmmədov barəsində araşdırmalar davam edir. Onun qanunsuz əməllərindən zərərçəkən şəxslər polis orqanlarına müraciət edə bilərlər.(“Qafqazinfo”)
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı

































