İdman
Messi aldı, La Liqa klublarını ötməyə başladılar
“Kornelya” klubu artıq sosial şəbəkələrdə abunəçi sayına görə La Liqa təmsilçisi “Espanyol”u geridə qoyub.
Publika.az xəbər verir ki, Bu barədə Sport.es məlumat yayıb.
Bayş-Lyobreqat bölgəsini təmsil edən klub “əsrin xəbəri”ndən əvvəl “Instagram”da təxminən 39 min izləyiciyə malik idi, lakin hazırda bu rəqəm 550 mini keçib. Səbəb isə Lionel Messinin “Kornelya”nı satın almasıdır. Əvvəlcə bu xəbər şübhə ilə qarşılansa da, qısa müddətdə təsdiqlənib və böyük rezonans doğurub.
Bu addım Messinin “Barselona” ilə əlaqələrini daha da gücləndirib və akademiyası ilə tanınan kluba ciddi təkan verib. Məhz bu akademiyada David Raya, Xordi Alba, Jerar Martin kimi futbolçular yetişib.
İzləyici artımı olduqca sürətli olub. Cçıqlamadan cəmi bir gün sonra izləyicilərin sayı 280 mini keçib, hazırda isə 560 mindən çoxdur və artmaqda davam edir.
Hazırda İspaniyanın Tersera RFEF liqasında çıxış edən “Kornelya” artıq La Liqanın bir sıra klublarını, o cümlədən “Espanyol”u geridə qoyub və “Xetafe” ilə “Selta”ya yaxınlaşır.
-
Region10:28Erməni vəkil xalqa müraciət etdi: "Sizə iki pis xəbərim var!"
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
-
İdman09:19“Qarabağ”ın yeni transferi: Azərbaycanda güclü çempionat var - MÜSAHİBƏ
-
Ekologiya09:10Meteoroloqlardan narıncı xəbərdarlıq - Bu həftə temperatur 40 dərəcəni keçəcək
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı
-
Magazin206:16Neslihan 3 ildən sonra qayıdır
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO

































