Azərbaycan XİN Küveytə başsağlığı verdi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan XİN Küveytə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Küveytə başsağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

"Küveytin Manqaf şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Bu çətin anda Azərbaycan qardaş və dost Küveyt dövlətinin yanındadır", - deyə qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm