Nida Xəbər
Azərbaycan beynəlxalq foruma ev sahibliyi edəcək
![](https://publika.az/storage/2024/06/25/3333.jpg?v1719590844)
İyunun 27-28-də Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum keçiriləcək.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilib ki, ETSN, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq forumda məqsəd ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət, ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu qlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.
Bakı forumunda BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edəcək.
Qeyd edək ki, tullantıların səmərəli idarə olunması sahəsində dayanıqlı təcrübələrin təşviqində, beynəlxalq əməkdaşlıqda, innovasiyaların nümayiş etdirilməsi və yeni təşəbbüslər ətrafında müzakirələrin aparılmasında bu Forumun yeni bir platformaya çevrilməsi gözlənilir. Forumun yekununda iştirak edən təşkilatlar və şirkətlər tərəfindən tullantıların dayanıqlı idarə edilməsi təcrübələrinə, innovativ qablaşdırma həllərinə, təkrar emal və tullantıların azaldılması strategiyalarının təşviqinə dair "Sıfır Tullantı" Bakı Təşəbbüsü qəbul ediləcək.
![](https://publika.az/storage/2024/06/25/122.jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Maraq dünyası19:10
Yeganə milyarder türk qadın kimdir? - Azərbaycana da sərmayə qoyur - FOTO
-
Ekologiya18:30
Geomaqnit qasırğası: Bu tarixlərdə diqqətli olun!
-
Hadisə18:20
Bakıda məşhur restorandakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Ekologiya18:06
Bəzi rayonlarda çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Region17:45
Tbilisi Vaşinqtona mesaj göndərdi: Hazırıq
-
Sosial17:36
İlham Əliyev sərəncam imzaladı
-
İqtisadi gündəm17:03
Rusiyada Aİ-95 markalı benzin bahalaşdı
-
Hadisə16:33
Mikroavtobusla maşın toqquşdu: 10-dan çox yaralı var - VİDEO