Bu gün Vaşinqtonda üçtərəfli görüş keçiriləcək
Bizi izləyin

Nida Xəbər

Bu gün Vaşinqtonda üçtərəfli görüş keçiriləcək

Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda işgüzar səfərdədir. O, NATO-nun tərəfdaşlar formatında keçiriləcək sammitində və təşkilatın 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

NATO sammitində Türkiyə prezidenti, Gürcüstan və Ermənistan xarici işlər nazirləri də iştirak edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm