Nida Xəbər
Dövlət Departamenti XİN başçılarının görüşü barədə açıqlama yaydı
Antoni Blinken Azərbaycan və Ermənistan ilə davamlı və qalıcı sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşə dair yayımladığı bəyanatda qeyd edib.
Sözçü bildirib ki, görüşdə regional əlaqələrin təşviqində sülhün vacibliyi vurğulanıb:
"Dövlət katibi sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün gələcək addımların atılmasını təşviq edib ki, bu da bütün Cənubi Qafqaz regionuna fayda verəcək".
Qeyd edək ki, iyulun 10-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
-
Region14:42
İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi
-
Yaxın Şərq14:24
"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...
-
Qarabağ 13:35
Ərdoğan Bakı və İrəvanın sülh uğrunda səylərini yüksək qiymətləndirdi
-
Region12:11
Tavuş rayonunun yolu partladılacaq: Ermənilərə xəbərdarlıq edildi - VİDEO
-
ABŞ11:28
Bu 3 ölkə ABŞ-da seçkiləri pozmaq istəyir - Kəşfiyyat İdarəsi İZƏ DÜŞDÜ
-
Dünya11:08
Fətullah Gülənə rəhmət diləyən aparıcıya görün hansı cəza verildi - FOTO
-
Sosial10:35
Pensiya alanların nəzərinə!
-
Hadisə10:02
Bakıda aktyor və həyat yoldaşı qətlə yetirildi