Nida Xəbər
COP29-da etiraf etməliyik ki, təxminən 733 milyon insan... - Tuliya Ekson
COP29 beynəlxalq konfransında təmsil olunan insanların sayının çox olması dünya birliyinin iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə sadiqliyini nümayiş etdirir.
Publika.az xəbər verir ki, bunu Tanzaniya parlamentinin üzvü, Parlamentlərarası İttifaqın (IPU) prezidenti Tuliya Ekson COP29 çərçivəsində keçirilən Parlament Görüşündə bildirib.
"Burada iştirak edən parlamentarilər COP29-un keçirilməsinə və iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının axtarılmasına sadiqliyinə görə Azərbaycana minnətdarlıqlarını bildirirlər", - o qeyd edib.
T.Ekson vurğulayıb ki, iqlim dəyişikliyi müasir dövrün əsas çağırışlarından biridir, çünki onun mənfi nəticələri insanların həyatının bütün aspektlərinə təsir göstərir. O, Paris Sazişinin qəbulundan sonra IPU-nun iqlim, eləcə də qanunvericilik təşəbbüslərini dəstəklədiyini vurğulayıb.
"İqlim dəyişiklikləri çox sayda insanın həyatına təsir edir, ona görə də tərəflər iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üzrə təcili tədbirlər görməlidirlər. Biz COP29-da etiraf etməliyik ki, təxminən 733 milyon insan, yəni planetin hər 11-ci sakini hazırda aclıqdan əziyyət çəkir və iqlim dəyişiklikləri bu böhranı daha da ağırlaşdırır", - o bildirib.
T.Ekson ambisiyaları real hərəkətlərə çevirməyə və iqlim böhranı ilə mübarizədə birləşməyə çağırıb. Onun sözlərinə görə, biz yalnız bu halda uğur qazana bilərik.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO








.png)
.jpg)






.jpg)










_(1).jpg)









