Nida Xəbər
Azərbaycan Ordusunda Milli Dirçəliş Günü münasibətilə tədbirlər keçirildi - FOTO
Cari ilin tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən olan 17 Noyabr - Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan, Ulu Öndərin uzaqgörənliyi və müdrik siyasətindən, həmçinin onun milli dirçəlişi və mənəvi dəyərləri yüksək tutmasından, Ümummilli Liderin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı olması vurğulanıb.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüz və dövlət suverenliyimizi tam bərpa edib. Bu gün 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin hər bir yerində xalqımız tərəfindən böyük qürur və iftixar hissi ilə qeyd olunur.
Silsilə tədbirlər çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.
-
Hadisə19:40
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? - YENİLƏNDİ
-
Magazin219:25
Berk Oktay 20 kiloqram kökəlib bu hala düşdü - Fotolar
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı