Nida Xəbər
COP29-da "Qadınlar və Gənclərin Yaşıl Bacarıqlarının Artırılması: “Commonwealth" təcrübəsi əsasında” yan tədbir keçirildi
Bu il Azərbaycanca baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iqlim dəyişmələrinin həssas qruplar üzərində təsiri, bununla mübarizə yolları və yaşıl bacarıqlar tez-tez müzakirə olunmaqdadır. Bu səbəblə 20 noyabr tarixində COP29 Mavi Zonada iqlim dəyişmələrinin qadınlar və gənclər üzərində təsirləri, bununla mübarizə yolları, yaşıl bacarıqlar və beynəlxalq təcrübələri əhatə edən tədbir icra olunub.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə dəstəyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” layihəsi çərçivəsində Gender Hub Azerbaijan təşkilatı tərəfindən Millətlər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Qadınlar və Gənclərin Yaşıl Bacarıqlarının Artırılması: “Commonwealth" təcrübəsi əsasında” yan tədbiri 20 noyabr 2024-cü il tarixində, Mavi Zona “Millətlər Birliyi”-nin (The Commonwealth) Pavilionunda baş tutdu. Tədbir həssas qrupların, xüsusi ilə qadınlar və gənclərin iqlim dəyişmələri ilə bağlı qarşılaşdığı çətinlliklər və onların bu çətinliklərlə mübarizədə roluna həsr olunub.
Tədbirdə yerli və xarici QHT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, iqlim fəalları və gənc liderlərdən ibarət 12 ölkədən 35 nəfər iştirak etmiş və öz təcrübələrini bölüşərək həm tədbirin interaktivliyinə, həm də qlobal təcrübələrin yerli tətbiqinə töhfə verib.
Tədbir Millətlər Birliyi Katibliyinin Baş Katibi Patrisia Canet Skotland, Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı Nigar Arpadarai və Pakistan Milli Məclisinin üzvü Syed Navid Qamar və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin COP29 şöbəsinin rəhbəri Nik Beyker tərəfindən yüksək səviyyəli çıxışlarla başlamışdır. Daha sonra “Gender Hub Azerbaijan” təşkilatının sədri və COP29 Təşkilat Komitəsinin üzvü Məryəm Məcidovanın moderatorluğu, “M&C Consulting” şirkətinin həmtəsisçisi Giovanna Mingarelli, “Ushindi Empowerment Group” həmtəsisçisi Nafula Vafula-Gitonga, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəsi Nasar Hayat və GSİSD, “THE” Society International təşkilatlarının təsisçisi Qaser Navabın iştirakı ilə panel müzakirə baş tutmuşdur. Paneldə iqlim dəyişmələrinin müxtəlif ölkələrdə qadınlar və gənclərə təsiri, bu təsirləri azaltmaq üçün yerli və beynəlxalq strategiyalar müzakirə olunmuşdur. Tədbir iştirakçılarla interaktiv sual-cavab hissəsi ilə yekunlaşıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
İqtisadi gündəm10:49
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI