Nida Xəbər
Qarabağ danışıqlarının məqsədi bu olmayıb - Paşinyan
İllər boyunca aparılan Qarabağ danışıqlarının məqsədi münaqişəni həll etmək yox, bölgəni geosiyasi tələdə saxlamaq olub.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətə ünvanlanan sualları cavablandırarkən bildirib.
N. Paşinyanın sözlərinə görə, irəliləyiş üçün bu reallığın etirafı vacibdir:
“Bu proses əslində Ermənistanı, müəyyən mənada isə Azərbaycanı geosiyasi tələdə saxlamağa xidmət edib. Məqsəd Ermənistanın müstəqil dövlət kimi inkişafına imkan verməmək idi. Bu gün səslənən bəzi “vətənpərvərlik” çağırışları ölkəni yenidən həmin tələyə qaytarmağa yönəlib”.
Qeyd edək ki, Ermənistan hökuməti dekabrın 2-də Qarabağ danışıqlarına dair bir sıra sənədləri ictimaiyyətə açıqlayıb.
(Teleqraf)
-
İdman20:36Alonsonun qərarı “Real”da növbəti gərginlik yaratdı
-
Magazin119:40Flora Kərimovadan Eltona cavab: "Üzr də istəyəcəksən"
-
Hadisə19:15Ağdərədə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ/FOTO
-
Sosial18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır
-
Rəsmi xronika17:53İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzaladı
-
Sosial16:46Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
-
Sosial16:08Evdən işləmək qanuniləşir
-
Cənubi Qafqaz15:26Pakistan Ermənistanda səfirliyini açacaq























.jpg)












