Dünya
Bu iki ölkə birgə donanma yaradır: Rusiyaya qarşı
Böyük Britaniya və Norveç birgə donanma yaradacaq tarixi müdafiə paktı imzalamağa hazırlaşır. Təşəbbüsün əsas məqsədi Şimali Atlantikada Rusiya sualtı qayıqlarını izləmək və kritik sualtı infrastrukturu qorumaq olacaq.
Publika.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Bildirilir ki, yeni razılaşma Böyük Britaniyanın Baş naziri Kir Starmerin Şotlandiyada norveçli həmkarı Yonas Qar Store ilə görüşü zamanı elan edilib.
Qeyd edək ki, pakt "Lunna Evi Razılaşması" adlandırılıb.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, son iki ildə Rusiya donanmasının Böyük Britaniya yaxınlığındakı sularda fəaliyyəti 30% artıb. Yeni paktın məqsədi dağıdılacağı təqdirdə rabitə, elektrik və qaz şəbəkələri üçün fəlakətli nəticələrə səbəb ola biləcək dənizaltı kabel və boru kəmərlərini qorumaqdır.
Birləşdirilmiş donanmanın əsasını Qlazqodakı "BAE Systems" gəmiqayırma zavodunda tikiləcək müasir tip 26 sualtı qayıq əleyhinə freqatlar təşkil edəcək. Qrup ən azı 13 gəmidən ibarət olacaq. Onlardan ən azı beşi Norveçə məxsus olacaq.
Adəm
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm




































