Nida Xəbər
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edildi
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Elçin Abdullayev NATO nümayəndə heyəti ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə "X" hesabında paylaşım edib.
NATO baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş Akademik Konfransda iştirak etmək üçün Bakıda səfərdədir.
"Müzakirələr zamanı NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə Azərbaycanın alyansın etibarlı tərəfdaşı olduğu qeyd edilib. Görüş çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub", - görüşdə iştirak edən C.Hüseynzadə yazıb.
Qeyd edək ki, Azərbaycan “Sülh Naminə Tərəfdaşlıq” Proqramına 1994-cü ildə qoşulub.
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı





















.png)
















