Nida Xəbər
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
10 il 6 aylıq həbsə məhkum edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyevin azadlığa çıxmaq məqsədilə məhkəməyə müxtəlif əsaslarla etdiyi müraciətlər davam edir.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkum generalın sonuncu müraciəti ilə bağlı ötən gün qərar açıqlanıb.
General Quliyev ərizəsində yazırdı ki, o, həbsdə ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən vaxtından əvvəl cəza çəkməkdən azad olunmaq istəyir.
Məlumat üçün deyək ki, ağır xəstəlikdən əziyyət çəkən məhkumlar həkim komissiyasının rəyi ilə vaxtından tez azadlığa buraxıla bilər.
6 ay əvvəl Xəzər Rayon Məhkəməsi məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin etmişdi. Maraqlıdır ki, Elçin Quliyev müayinə edilmək üçün cəzaçəkmə müəssisəsindən çıxmaqdan imtina edib. Bu barədə məhkəməyə məlumat daxil olub.
Belə olan halda hakim İlham Cəfərzadə yekun qərarını elan edib. Elçin Quliyevin müraciəti rədd edilib.
Generalın cəza müddətinin bitməsinə isə 1 il qalıb.
Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
-
Dünya17:30Əsəd rejiminin son günlərinə dair şok faktlar - Sevgilisinin ölüm əmrini kim verib?
-
Rəsmi xronika16:55Prezident Tahir Budaqovu icra başçısı təyin etdi
-
Magazin115:59Aybəniz Haşımovaya yeni vəzifə verildi
-
Nida Xəbər 15:38Azərbaycan İranla sərhədi açır?
-
MDB15:01Putini əvəz edəcək adam axtarılır: Rusiya elitası qorxu içində
-
Nida Xəbər 14:49Əliyevlə Paşinyan bu tarixdə Vaşinqtona gedəcək - İDDİA
-
Region13:42Türkiyədə bu körpə qidası qadağan edildi: Tərkibində zəhərli maddə var - Azərbaycanda da satılır
-
Art12:08Rusların Türkiyə seriallarına sevgisi durmadan artır: Səbəbi açıqlandı








































