Nida Xəbər
Ermənistan bu barədə məlumatları təqdim etməlidir - Ombudsman
Azərbaycan tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır.
Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən növbəti üç nəfərin şəxsiyyətinin müəyyən olunmasına münasibətində qeyd edilib.
Ombudsman diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində bugünədək 170-ə yaxın azərbaycanlının şəxsiyyəti müəyyən edilib. Bu proses hələ də davam etməkdədir.
“Hesab edirik ki, Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, soydaşlarımızın taleyi barədə məlumatları gizlətməməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir” – deyə, Səbinə Əliyeva vurğulayıb.
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Banklar 24 İyun 20:30Kartlardan pul silinməsi ilə bağlı Mərkəzi Bankdan açıqlama
-
Elm və təhsil24 İyun 20:10Qəbul imtahanının nəticəsi elan olundu
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika24 İyun 14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial24 İyun 13:20Sabah yağış yağacaq









.jpg)


.jpg)























