Nida Xəbər
Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi Milli Məclisə göndərildi
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Milli Məclisinə göndərilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, muxtar respublikada məsələ ilə bağlı müzakirələr yekunlaşıb.
Qanun layihəsi Naxçıvan Ali Məclisinin iclaslarında müzakirəyə çıxarılıb, səsverməyə qoyularaq qəbul edilib.
Daha sonra Ali Məclis sədrinin birinci müavini (sədrin səlahiyyətlərini icra edir - red.) Bəxtiyar Məmmədov layihəni imzalayıb və Azərbaycan parlamentinə təqdim edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundən Teleqraf-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.
Xatırladaq ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi bu il fevralın 20-də Ali Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.
Ali Məclisin mayın 21-dəki toplantısında isə layihə ikinci oxunuşda səsvermədən keçib.
-
Region15:54Məqsədimiz çıxmaq yox, daxil olmaqdır - Paşinyan
-
Nida Xəbər 15:21“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin icrası ilə bağlı sərəncam
-
Magazin115:00Elit Star Cəmiləyə Dubayda bahalı ev və qızıl dəsti hədiyyə etdilər
-
İqtisadi gündəm14:16Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı
-
Sosial13:24Elnarə Rzayeva amnistiyaya düşdü
-
Region12:06Azərbaycanlı futbolçu və həyat yoldaşı İrandakı etiraz aksiyasında öldü - FOTO
-
Qoroskop12:00İlin ən şanslı bürcləri: Növbəti bir neçə ay ərzində...
-
Nida Xəbər 11:21"Referans Pharmaceuticals"ın dövlət qurumları ilə dərman biznesi - ARAŞDIRMA














.jpg)




















