İdman
Hökumətin qərarı ləğv edildi: Ulduz futbolçu milliyə qayıdır
Qabon Futbol Assosiasiyası Afrika Millətlər Kubokundan erkən kənarlaşdırıldıqdan sonra milli komandaya tətbiq edilən hökumət tədbirlərinin ləğv olunduğunu və Pyer-Emerik Obameyanqla Bruno Manqa qarşı sanksiyaların aradan qaldırıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, sanksiyalar komandanın qitə çempionatında qrup mərhələsində mübarizəni vaxtından əvvəl dayandırmasından sonra tətbiq olunmuşdu. Yenidənqurma çərçivəsində bütün məşqçilər korpusu buraxılmış, həmçinin Obameyanq və Manqanın milliyə çağırılmasına qadağa qoyulmuşdu.
Federasiya bildirib ki, bazar ertəsi günü milli komandanın fəaliyyətinin dayandırılması ilə bağlı hökumət tədbirləri, eləcə də iki futbolçunun kənarlaşdırılması ləğv edilib. Bununla yanaşı, komandanın bütün məşqçilər heyətinin istefası qüvvədə saxlanılıb.
“Milli komandanın Afrika Millətlər Kubokundakı qənaətbəxş olmayan nəticələri ilə əlaqədar onun fəaliyyətinin dayandırılması barədə hökumət tədbirləri, eləcə də Pyer-Emerik Obameyanq və Bruno Manqanın kənarlaşdırılması ləğv edilib”, – deyə açıqlamada bildirilib.
Heybət
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu











.jpg)
























