Nida Xəbər
Bakıda beynəlxalq konfrans keçirilir
Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilir.
Publika.az xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutur.
Konfransda Qvadelupun müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmi dairələrin nümayəndələri və s. iştirak edirlər.
Tədbirdə Qvadelupun Fransanın dənizaşırı departamenti kimi saxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəst müəyyən etmək hüququnu məhdudlaşdırması, həmçinin müstəmləkə cinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhv edilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığı davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğu kimi məsələlər geniş müzakirə olunacaq.
Konfransda departament statusunun müstəmləkəçiliyi davam etdirməsi və bunun Qvadelupda işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılıq və ətraf mühitin çirklənməsi, habelə zəhərli kimyəvi pestisid xlordekonun dağıdıcı təsirləri də diqqət mərkəzində olacaq.
Tədbirdə Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılması, BMT-nin dekolonizasiya ilə bağlı hüquqi mexanizmləri, habelə müstəmləkə altında olan xalqlara müstəqillik verilməsi haqqında BMT-nin müvafiq qətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməl edilməməsi geniş müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə iyunun 25-i saat 19:00-da Yaşıl Teatrda Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup və Azərbaycan ritmləri&rəqsləri” adlı konsert də keçiriləcək.
-
Hadisə00:30Polkovnik Ramaldanovun AİLƏSİNDƏ FACİƏ - 2 qohumu həlak oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR
-
İdman14 Dekabr 22:00“Qarabağ”ın prezidenti Əkbərə klubun formasını təqdim etdi - VİDEO
-
Yaxın Şərq14 Dekabr 21:36Suriyada İŞİD-ə qarşı əməliyyat başladı
-
Sosial14 Dekabr 21:12Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO
-
İdman14 Dekabr 20:12Nəriman Axundzadə tənqidlərdən sonra QOL VURDU - VİDEO





















.jpg)















