Nida Xəbər
Şahbaz Şərif İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi
Pakistan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır.
Publika.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.
O qeyd edib ki, bu hadisə onilliklər boyu münaqişələr və insan əzabları yaşamış regionda - Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının başlanğıcıdır:
"Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionunun sülhsevər gələcək kursunun müəyyən edilməsində müdrikliyi və uzaqgörənliyi əks etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və tarixinin bu şərəfli məqamında biz də onun yanındayıq. Biz həmçinin ABŞ prezident Donald Trampın rəhbərliyi altında hər iki tərəfə ticarət, əlaqə və regional inteqrasiya üçün yeni imkanlar açan razılaşma əldə etməyə imkan verən vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzanan münaqişələrlə üzləşən digər regionlar üçün nümunə olacaq”.
-
MDB11:05Süleyman Ermənistanı qorxuya salıb: Ölkədə azyaşlıları zorlayan mafiya peyda olub
-
Əmlak10:47Qanunsuz evlər necə artır?: Yeni "ucuz torpaq" tələsi - VİDEO
-
Region10:22Azərbaycan ərazisindən Ermənistana gübrə göndəriləcək
-
MDB10:11Erməni hüquq müdafiəçisi: "Azərbaycan müharibə edəcək, bizim üçün fəlakətli olacaq"
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...








.jpg)
















.png)

.jpg)






