Sağlamlıq
Bəşəriyyət xərçəngə qalib gələ biləcəkmi? - Məşhur onkoloqun proqnozu
"Xərçəng xəstəliyinə tam şəkildə qalib gəlmək ehtimalı azdır. Lakin xərçəngdən ölüm hallarının azalması mümkündür".
Publika.az xəbər verir ki, bu fikri "Onkoloqika" Xeyriyyə Fondunun eksperti və məşhur onkoloq Anton Saad bildirib.
Onun sözlərinə görə, xərçəng xəstəliyinin əksər formaları gələcəkdə xroniki, idarəolunan bir vəziyyətə çevrilə bilər. Bundan əlavə, peyvəndlər və müasir dərmanların daha da inkişafı sayəsində xərçəngdən ölüm hallarının azalacağı proqnozlaşdırılır.
"Əgər bütün xərçəng növlərinin tamamilə aradan qaldırılmasından, yəni sağalmasından danışırıqsa, bu, yaxın gələcəkdə mümkün deyil. Xərçəng tək bir xəstəlik deyil, yüzlərlə genetik cəhətdən ortaya çıxa bilən, müxtəlif istiqamətdə inkişaf edən ağır xəstəlik növüdür", - deyə o bildirib.
Mütəxəssis fikrini belə izah edib ki, söhbət tək bir xəstəlikdən getsəydi bəlkə də bu mümkün olardı. Amma bu, yüzlərlə müxtəlif istiqaməti olan xəstəlik sayılır. Ona görə də müasir texnologiyaların inkişafı ilə belə onların tamamilə yox olması qeyri-real görünür.
Bununla belə məşhur onkoloq qeyd edib ki, tibb tədricən bu istiqamətdə inkişaf edir, məlum sahədə olan proseslər xərçəngin əksər formalarını xroniki, nəzarət edilə bilən vəziyyətlərə çevirməyə doğru irəliləyir. Halbuki illər öncə xərçəngin bir çox formalarına nəzarət imkanları sıfıra bərabər idi.
O əlavə edib ki, peyvəndlərin və yeni dərmanların hazırlanması artıq nəzərəçarpacaq nəticələr verir və bu, gələcəkdə ölüm hallarını əhəmiyyətli dərəcədə azalda bilər.
Müəllif: Tural
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































