Nida Xəbər
Prezidentin BMT-dəki çıxışı ölkəmizin regionda sülhün təminatçısı olduğunu təsdiq etdi - Fatma Yıldırım

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış bir daha sübut etdi ki, ölkəmiz bölgənin və beynəlxalq aləmin etibarlı tərəfdaşıdır, müstəqil və prinsipial siyasət yürüdür, milli maraqlarını qlobal miqyasda müdafiə etmək gücündədir.
Bu çıxışda Prezident İlham Əliyev bir sıra mühüm istiqamətlərə toxundu. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış prosesinin mərhələli şəkildə həyata keçirilməsi və bu fonda mina təhlükəsinin yaratdığı humanitar problemlər əsas diqqət mərkəzində oldu. Bu, Azərbaycanın sülhə və sabitliyə verdiyi töhfənin təkcə regional deyil, həm də qlobal miqyasda necə əhəmiyyətli olduğunu bir daha göstərdi. Azərbaycanın ədalətli mövqeyi Prezident İlham Əliyevin liderliyi ilə indi dünyada daha geniş tanınır və qəbul olunur.
Bu çıxış, ölkəmizin prinsipial, konstruktiv və beynəlxalq hüquqa əsaslanan siyasətinin bariz nümunəsidir. Prezident İlham Əliyev həmçinin işğal dövründə itkin düşmüş dörd minə yaxın vətəndaşımızın taleyinin aydınlaşdırılması və onlara hüquqi və humanitar qayğı göstərilməsi məsələsini önə çəkdi. Bu, həm insan haqları, həm də milli ədalət baxımından ən vacib məsələdir və dövlətimizin prioritetlərindən biridir.
Çıxışda həmçinin Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması və bu təbii sərvətin davamlı idarə olunması mövzusu da xüsusi yer aldı. Regionun ekoloji təhlükəsizlik məsələləri yalnız ölkəmiz üçün deyil, bütün qonşular üçün önəmlidir və bu sahədə Azərbaycan məsuliyyətini böyük həssaslıqla yerinə yetirir.
Prezident İlham Əliyevin BMT-dəki çıxışı Azərbaycanın haqq mübarizəsinin beynəlxalq səviyyədə qəbul edilməsinin və ölkəmizin sülh, təhlükəsizlik və inkişaf yolunda irəliləməsinin göstəricisidir. Bu çıxış dövlətimizin gələcək siyasətində yeni mərhələ olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətə ölkəmizin regionda sülhün təminatçısı olduğunu təsdiq edir.
Fatma Yıldırım

-
Sosial21:37
Bu da Adnanın lüks avtomobil kolleksiyası - Fotolar
-
Dünya21:00
Lukaşenko Zelenski ilə görüşmək istəyir: "Razılığa gəlməsək, bu, hamı üçün pis olacaq"
-
Ekologiya19:00
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ VERİLDİ
-
Nəqliyyat18:10
20 yolda tıxac var - Siyahı
-
Elm və təhsil17:20
Ödənişli təhsil alanlara şad xəbər: Pulsuz oxuya biləcəklər
-
Sosial15:20
Adnan Əhmədzadənin həyat yoldaşına məxsus boyunbağının qiyməti - FOTO
-
Magazin214:47
Övladları "kişilərin siyahısı"nı tutub: Kardaşyan hansını seçəcək?
-
İdman13:42
Görün Qurban Qurbanov namazı harada qıldı - VİDEO